İran Talibanın qadınları ali təhsildən məhrum etməsinə münasibət bildirib

İran Talibanın qadınları ali təhsildən məhrum etməsinə münasibət bildirib

İran və Səudiyyə Ərəbistanı Əfqanıstanda qadınların ali təhsilinə tətbiq edilən qadağaların tez bir zamanda aradan qaldırılmasını istəyiblər.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistabnın Xarici İşlər Nazirliyi bu gün verdiyi bəyanatda Taliban tərəfindən qadınların ali təhsil müəssisələrinə getməsinin qadağan edilməsi qərarını gözləmədiklərini bildirib.

Bəyanatda deyilir: "Talibanın qərarı Əfqanıstan qadınlarını bütün qanuni hüquqlarından, eləcə də təhsil hüquqlarından məhrum edəcək."

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani isə bu günkü açıqlamasında deyib:

“İran İslam Respublikası qonşu ölkədə sülh, sabitlik və inkişafda maraqlıdır. İran Əfqanıstanda qız və qadınların ali təhsili qarşısında maneələrin yaradılması xəbərindən təəssüf edir. İran İslam Respublikası ümid edir ki, Əfqanıstanın aidiyyatı qurumları tez bir zamanda maneələri aradan qaldıracaq və bu ölkənin kişi və qız tələbələrinin təhsilin bütün pillələrində davamiyyəti bərpa etmək üçün zəmin yaradacaq. Onlar təhsil hüququndan istifadə edə bilməlidirlər. Təhsil Əfqanıstanın inkişafı və rifahında təsirli rol oynayacaq.”

Xəbəri paylaş

VİDEOLAR