İran Hava Yolları Təşkilatının prezidenti Məhəmməd Məhəmmədi Baxş Suriyaya uçuşların dayandırıldığını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Məhəmmədi Bəhş deyib:
"İldə 50 min iranlı turistin Suriyaya səfər etməsi planlaşdırılsa da, təhlükəsizlik vəziyyəti ilə əlaqədar Suriyaya uçuşlar müvəqqəti dayandırılıb".
İran Hava Yolları Təşkilatının prezidenti sözlərini davam etdirərək bildirib:
"Xarici İşlər Nazirliyinin bəyanatından sonra bu uçuşlar normallaşacaq".