İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Suriya xarici işlər nazirinin müavini ilə görüşündə “İran olaraq Suriya xalqı və hökumətinə dəstəyimizi davam etdirəcəyik”, deyə bildirib.
Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasına getdiyi Nyu-Yorkda dünən Suriya xarici işlər nazirinin müavini Bassam əs-Sabbaq ilə görüşüb.
Bu görüşdə Əmir Abdullahiyan son Dəməşqə səfəri zamanı Suriya prezidenti, baş naziri və xarici işlər naziri ilə keçirdiyi görüşləri məhsuldar olaraq qiymətləndirərək deyib:
"İki ölkə arasında məşvərətçi danışıqlar və əməkdaşlıq ən yüksək səviyyədə davam edir".
Əmir Abdullahiyan Suriyanın milli suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli olduğunu vurğulayıb:
"İran Suriya hökuməti və xalqını dəstəkləyərək beynəlxalq səviyyədə, o cümlədən BMT-də prinsipial siyasətini davam etdirəcək".
Görüş zamanı tərəflər Astana formatında keçirilən görüşlərin regionda daha böyük sabitlik və təhlükəsizliyin təmin olunması üçün əhəmiyyətini vurğulayıblar.