İran Suriya-Türkiyə normallaşmasına yardım etməyə hazırdır

İran Suriya-Türkiyə normallaşmasına yardım etməyə hazırdır

Rəsmi Tehran Türkiyə və Suriya arasında münasibətlərin yoluna qoyulmasına yardım etməyə hazırdır.

Az.rasthaber.com xəbər verir ki, bu bardə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani bəyan edib.

Suriya tərəfi bir neçə dəfə İran, Türkiyə və Rusiyanın da qatıldığı Astana prosesi çərçivəsindəki görüşlərdə iştirak edib. Bu, tərəflərin Suriya və Türkiyə arasındakı növbəti qarşılıqlı əlaqə və əməkdaşlığa iradəsinin mövcudluğunun göstəricisidir. Biz Suriya və Türkiyə arasında qarşılıqlı əlaqə və siyasi dialoqun başladılması ilə bağlı istənilən təşəbbüsü alqışlayırıq və onun yoluna qoyulması üçün bütün vasitələrimizi səfərbər etməyə hazırıq“, – deyə o qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR