İran: Suriya regionun reallığının bir hissəsidir

İran: Suriya regionun reallığının bir hissəsidir

İranın xarici işlər naziri Hüseyn Əmir Abudullahiyan Suriya hökuməti və xalqını regionun reallığının bir hissəsi kimi qiymətləndirib.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Əbudullahiyan Moskvada keçiriləcək Suriya ilə bağlı 4 xarici işlər nazirinin toplantısında iştirak etmək üçün dünən Rusiyaya gedib.

Xarici işlər naziri Əmir Abdullahiyan görüşlə bağlı tvitində Suriya hökuməti və xalqını regionun reallığının bir hissəsi kimi xarakterizə edib.

Əmir Abdullahiyan bildirib:

"İranın dinamik və hərtərəfli diplomatiya ilə hərəkət etmək cəhdi yaxınlaşma prosesini tamamlaya və bütün region üçün əsas problemlərin sona çatması vizyonunu yarada bilər. Suriya hökuməti və xalqı regionun reallığının bir hissəsidir".

Dörd xarici işlər nazirinin Suriya üzrə görüşü bu gün Türkiyə, Rusiya, İran və Suriyanın xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək.

Xəbəri paylaş

VİDEOLAR