İran: Süleymaninin qonaq olduğunu nəzərə alaraq İraq hökumətindən daha çox nəticə gözləyirik

İran: Süleymaninin qonaq olduğunu nəzərə alaraq İraq hökumətindən daha çox nəticə gözləyirik

“Bu terror cinayətini törədənlərin mühakimə olunması və cəzalandırılması iki ölkənin təhlükəsizlik əməkdaşlığının prioritetlərindən biridir və bu baxımdan şəhid Qasim Süleymaninin qonaq olduğunu nəzərə alaraq İraq hökumətindən daha çox nəticə gözləyirik”.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi admiral  Əli Şamxani deyib.

Əli Şamxani rəsmi dəvəti ilə Tehrana gələn İraqın milli təhlükəsizlik müşaviri Qasim Məhəmməd Cəlal Əl-Əracilə görüşüb.  

Şamxani İraqdakı İŞİD terror qruplaşmasına bağlı ünsürlərin yenidən aktivləşməsindən narahatlığını dilə gətirərək, bunları deyib: “Amerikalıların İŞİD qüvvələrini dəstəkləyərək və onları ölkənin müxtəlif bölgələrinə köçürərək İraqda qalmaları üçün etibarsızlıq yaratmağa çalışdıqları barədə etibarlı məlumatlar var”.

 O, bölgədəki və Şimali İraqdakı inqilab əleyhdarları və terrorçu ünsürlərin təhlükəsizlik əleyhinə hərəkətlərinə də toxunaraq, bu qrupların pisliyinə son qoymaq üçün Tehran ilə Bağdad arasında daha çox əməkdaşlığın vacib olduğunu vurğulayıb.

 Şəmxani iki ölkənin təhlükəsizliyini hədəfə alan böyük silah və narkotik ticarəti şəbəkələri də daxil olmaqla mütəşəkkil cinayətkarlıqla birgə mübarizə aparmağa dəvət edib.

 İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi bölgədə sabitlik və təhlükəsizlik yaratmaq üçün uyğun həll yolu olaraq ümumi təhlükəsizlik təhdidləri ilə mübarizə məqsədi ilə bölgə ölkələri arasında yeni təhlükəsizlik strukturlarının yaradılmasını təklif edib və İranın buna hazır olduğunu bildirib.

 İraqın milli təhlükəsizlik müşaviri Qasim Məhəmməd Cəlal Əl-Əraci də İranın bölgədə sabitlik və təhlükəsizliyin qurulmasında və terrorizmlə mübarizədə strateji və əvəzedilməz rolunu yüksək qiymətləndirib və İran ilə İraq arasında hərtərəfli əməkdaşlığın davam etdirilməsinin və genişləndirilməsinin vacibliyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR