İran: Səudiyyə öz səhvlərinə görə başqalarını ittiham etməsin

İran: Səudiyyə öz səhvlərinə görə başqalarını ittiham etməsin

İran Xarici İşlər nazirinin müavini Muhsin Baharvend çıxışında Səud rejiminə cavab verib

Rasthaber Azərbaycan xəbər verir ki, İran Xarici İşlər nazirinin müavini Muhsin Baharvend, dünən silahsızlaşdırma konfransındakı çıxışında, ABŞ-ın bir tərəfli siyasətilə nüvə sazişindəki öhdəlikləri yerinə yetirməməsi və pis niyyətli addımlarını sərt tənqid edib.

Baharvend “ABŞ, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq şuranın qərarını pozaraq başqalarını da bunu pozmağa məcbur etmək istəyir. Eyni zamanda İranı bu qərara əməl etməməklə ittiham edir.”, -deyə bildirib.

Səudiyyə Ərəbistanının Xarici İşlər nazirinin İranı Yəmən xalqıma dəstəyə görə, tənqid etməsinə reaksiya bildirən Baharvend “Bu müharibəni siz başladınız və hələ də davam edirsiniz.”, - deyə qeyd edib.

 İran XİN  yüksək rütbəli məsulu Baharvend Səudiyyə XİN rəhbərinə xitabən sözlərinə belə davam edib: “Başqalarını öz səhvlərinə görə ittiham etməyin. İran İslam Respublikası hər vaxt Yəmən müharibəsinin bitməsi istiqamətində bütün müzakirələri dəstəkləyir. Siz istədiyiniz kimi bölgə xalqları ilə davranıb, onlardan sizə reaksiya verməməsini gözləyə bilməzsiniz.”

Xəbəri paylaş

VİDEOLAR