Səudiyyə nazirlər şurası dünən keçirdiyi iclasda əsassız bir iddiada İranı koronavirusu yaymaqda ittiham edib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Ərəbistan başçılarına tövsiyə edib ki, koronavirus xəstəliyini siyasiləşdirməkdən və günahı başqasının boynuna atmaqdan çəkinsinlər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyid Abbas Musəvi Sputnik xəbər agentliyinin Ərəbistanın səudiyyə vətəndaşlarının paspostlarında giriş möhrünün vurulmamasına dair iddiaları barədəki sualın cavabında deyib: "İran Xarici İşlər Nazirliyi bundan öncə bu barədə izahat verib və bu sadə mətləbin səudiyyəlilər tərəfindən yenidən qaldırılması təəccüb doğurur."
İran Xarici İşlər Nazirliyinin sözçüsü " İran İslam Respublikasının elektron vizaların verilməsi qaydaları İngiltərə, Amerika və Kanada pasportlarına malik olanlar istisna olmaqla bütün ölkələrin vətəndaşları üçün eynidir və bir çox inkişaf etmiş ölkələrin viza sisteminə əsasən, giriş və çıxış möhürlərinin vurulmasından çəkinlir.", -deyə bildirib.
Səudiyyə nazirlər şurası dünən keçirdiyi iclasda əsassız bir iddiada İranı koronavirusu yaymaqda ittiham edib.