Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə keçirdiyi mətbuat konfransında İranın qəti siyasətinin ABŞ-ın 2231 saylı qətnamə çərçivəsindəki öhdəliklərinə tam qayıtması olduğunu bəyan edib: "Tələsmirik və yorucu bir oyuna da girməyəcəyik, ABŞ-ın nüvə anlaşmasına qayıtması birdəfəlik, qəti və yoxlanılmalı olmalıdır".
Xətibzadə İran və ABŞ-ın məhbus mübadiləsi barədə razılığa gəldikləri xəbər barədə qeyd edib ki, məhbuslar məsələsi humanitar bir məsələdir və bu mövzu nüvə anlaşması və onunla əlaqədar digər mövzularda olan bütün müzakirələr və kanalların xaricində izlənilir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü, Əfqanıstandakı durum və xarici hərbçilərin bu ölkədən çıxarılmasına isə "Əfqanıstandakı inkişafları yaxından izləyirik və regional aktyorlarla məsləhətləşirik. Əfqanıstanda baş verənlərdən narahatıq və bu ölkədə sülh və sabitlik yaratmaq üçün əlimizdən gələni edəcəyik. Əfqanıstan hökuməti və digər qruplarla əlaqə saxlayırıq ", -deyə qeyd edib.
Xətibzadə İran və Səudiyyə Ərəbistanı arasındakı danışıqlar və rəsmi əlaqələrin qurulması üçün ciddi addımların atılması haqda deyib ki, İran həmişə bütün qonşuları, o cümlədən Ərəbistanla istənilən formatda və səviyyədə danışıqlara hazırdır.