İran Silahlı Qüvvələrinin baş qərargah rəisi əks-inqilabçı terror qruplaşmalarının İraqın şimalındakı təxbribatı haqda xəbərdarlıq edib.
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, İran Silahlı Qüvvələrinin baş qərargah rəisi General-leytenant Məhəmməd Baqiri İran Silahlı Qüvvələrinin baş qərargah rəisi müavinin vida və təqdimat mərasimində Sepah-ın İraqın şimalında və İraq Kürdüstanı bölgəsindəki son əməliyyatından danışıb.
O qeyd edib ki, bu bölgənin və İraq hökumətinin məsul şəxsləri həmin qruplaşmalarla ciddi rəftar etmək üçün tədbir görməlidirlər.
General-leytenant Baqiri amerikanlara xəbərdarlıq edib ki, onların bu bölgədəki bazaları da əks-inqilabçıların təşkili üzrə mərkəz kimi yığışdırılmalıdır.
"Bizim əks-inqilabçı qruplaşmalarla mübarizə sahəsindəki əməliyyatlarımız davam edəcək və bu sərhədlərdə heç bir təxribatçılığa dözməyəcəyik.", -deyə general Baqiri vurğulayıb.