İran sionistlərin Qızıl Aypara Xəstəxanasına hücumunu pisləyib

İran sionistlərin Qızıl Aypara Xəstəxanasına hücumunu pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sionist rejimin Suriya və Livanın sərhəd bölgəsində İran İslam Respublikasının Qızıl Aypara səhra xəstəxanasına hücumunu müharibə cinayətinin danılmaz bir nümunəsi kimi səciyyələndirib və kəskin şəkildə pisləyib.

Az.rasthaber.com xəbər verir ki, Beynəlxalq humanitar hüququn qəbul edilmiş qanunlarına əsasən xəstəxanalara və tibb və sağlamlıq mərkəzlərinə hücumların qadağan edildiyini xatırladan Bəqayi işğalçı rejimin Qəzza, Livan və Suriyada xəstəxanalara, tibb və yardım mərkəzlərinə təkrar hücumlarını bu rejimin bütün beynəlxalq qayda və normalara qarşı üsyanının açıq əlaməti hesab edib və səlahiyyətli beynəlxalq qurumlardan, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsindən aydın reaksiya bildirməyi tələb edib və sionist rejimin bu hərəkətinin müharibə cinayəti kimi pislənməsini istəyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin sionist rejimin son iki həftədə Livanın mülki yaşayış məntəqələrinə hücumlarının intensivləşməsi səbəbindən evlərini tərk edərək didərgin düşmüş yüz minlərlə livanlıya yardım üçün beynəlxalq ictimaiyyətin səfərbər edilməsinin zəruriliyinə toxunaraq, Birləşmiş Millətlər Təşkilatı və digər əlaqədar beynəlxalq qurumların, başda Qaçqınlar üzrə Ali Komissarlığın və Qızıl Xaç Komitəsinin məsuliyyəti üzərinə götürərək qaçqınlara təcili yardım göstərilməsini vurğuladı.

Xəbəri paylaş

VİDEOLAR