İran sionist rejimin Soroka xəstəxanası ilə bağlı iddialarını rədd edib

İran sionist rejimin Soroka xəstəxanası ilə bağlı iddialarını rədd edib

İranın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəliyi sionist rejimin Soroka xəstəxanası ilə bağlı iddialarını rədd edib.

Az.rasthaber.com xəbər verir ki, Missiyanın bəyanatında deyilir ki, İranın müdafiə hərəkətləri özünümüdafiə hüququ və beynəlxalq hüquq çərçivəsində həyata keçirilib.

Bəyanatda İranın rejimin qeyri-qanuni hərəkətlərində rol oynayan və ya müdafiə edən obyektləri hədəfə aldığına diqqət çəkilərək deyilib:

“Radikal sionistlərdən fərqli olaraq, beynəlxalq insan haqları qanunlarına əməl edən İran mülki əhalini və mülki yaşayış məntəqələrini hədəf almır”.

İranın işğal olunmuş ərazilərə hücumu və sionist rejimin strateji mövqelərini hədəfə alması Təl-Əvivin öz media orqanlarından “xəstəxanaya hücum edildiyi barədə yalanları yaymaq” üçün istifadə etməsinə səbəb olub.

Xəbəri paylaş

VİDEOLAR