İran Silahlı Qüvvələri hərbi təlimlərə başlayıb

İran Silahlı Qüvvələri hərbi təlimlərə başlayıb

İranın quru qoşunları "İqtidar 1402" adlı iki günlük hərbi təlimlərə başlayıb.

Az.rasthaber.com "Trend"ə istinadən xəbər verir ki, təlimlərə 200 helikopter cəlb olunacaq.

Qeyd edək ki, İran ordusunun briqada generalı Əmir Çeşak yerli televiziyaya müsahibəsində bildirib ki, mümkün təhdidlərin dəf edilməsinə yönəlmiş planlı təlimlərdən söhbət gedir. Lakin hansı təhdidləri nəzərdə tutduğunu açıqlamayıb. 

Onun sözlərinə görə, təlimlər üçün ayrılmış qoşun və avadanlıq İranın yeddi əyalətindən İsfahan əyalətinin Nəsrabad rayonuna çatdırılıb.

Təlimlərdə İran Silahlı Qüvvələrinin artilleriya, zirehli maşınlar və tank, hava-desant bölmələri iştirak edəcək.

Xəbəri paylaş

VİDEOLAR