İran Səfirliyi Laçın dəhlizilə bağlı xəbərlərə aydınlıq gətirdi

İran Səfirliyi  Laçın dəhlizilə bağlı xəbərlərə aydınlıq gətirdi

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi, son günlər bəzi medialar vasitəsi ilə İranla bağlı yayılan xəbərlərə münasibət bildirib.

Rasthaber Azərbaycan xəbər verir ki, bəyanatda diplomatik korpus Laçın dəhlizindən İrana məxsus yük maşınlarının keçməsilə bağlı məlumatları təkzib edib.

Bəyanatda deyilir: "İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin bəyanatında Azərbaycan Respublikasının şərəfli və müdrik xalqının diqqətinə çatdırılır ki, Laçın dəhlizindən İrana məxsus yük maşınlarının Qarabağa gediş-gəlişi ilə bağlı kiber məkanda irəli sürülən iddialara cavab olaraq, İran İslam Respublikasının müvafiq qurumları tərəfindən aparılmış araşdırmalara əsasən iddianı və yayımlanan videonu sübut edən heç bir dəlil əldə edilməmişdir.

İki dost və qardaş ölkə arasındakı münasibətlərin inkişaf etdiyi bir vaxtda, iki ölkə arasındakı münasibətlərin inkişafını istəməyən kanallar və qruplar tərəfindən belə əsassız və yalan məlumatlar yayımlanır".

Xəbəri paylaş

VİDEOLAR