İranın Londondakı səfriliyi seçki məntəqəsində ingilis polisin qüsura yol verdiyinə görə, İngiltərə xarici işlər nazirliyinə etiraz edib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın Londondakı səfriliyinin müvəqqəti işlər vəkili Seyid Mehdi Hüseyni Mətin özünün tvitter hesabında bu barədə yazıb.
O qeyd edib ki, İranın Londondakı səfriliyi İngiltərə xarici işlər nazirliyinə göndərdiyi notada bu ölkə polisinin Birminhem də daxil olmaqla bəzi şəhərlərdə İran prezident seçkiləri üzrə seçki məntəqələrinin təhlükəsizliyinin təminindəki qüsuruna etiraz edib.
İranın İngiltərədəki səfriliyi həmçinin bu ölkənin xarici işlər nazirliyindən təkidlə istəyib ki, qanun pozucularının aşkar və onlarla ciddi rəftar edilməsilə bərabər, tez bir zamanda bu cinayətkar ünsürləri məsuliyyətə cəlb edərək, İran İslam Respublikasının diplomatik məkanlarına və yaralılara dəymiş xəsarətlərin kömpensasiyasını ödəsin.
Terrorçu münafiqlər qaragürühunun üzvləri ötən həftə Birminhemdə seçkilərdə iştirak etmək istəyən biri qadın olmaqla iki iranlıya hücum edərək, onları vəhşicəsinə döyüblər.