Səudiyyə Ərəbistanında çıxan "Şərqul-Avsat" qəzetinə danışan İranın Ər-Riyaddakı səfiri Əli Rıza Enayeti Tehran-Riyad münasibətlərini dəyərləndirib.
Az.rasthaber.com xəbər verir ki, İranın Ər-Riyaddakı səfiri Əli Rza Enayeti “Şarqul Avsat” qəzetinə açıqlamasında Səudiyyə Ərəbistanının İran üçün strateji tərəfdaş olduğunu və hər iki ölkənin əlaqələrini yaxşılaşdırmaq istədiyini bildirib.
İnayəti bildirib:
"Mən yeni vəzifəmdə ilk mərhələdə ikitərəfli münasibətləri, daha sonra isə ümumi maraqlara və qarşılıqlı hörmətə əsaslanan regionun rifahı naminə inkişaf etdirmək üçün əlimdən gələni edəcəyəm".