İran səfiri Bakı rəsmilərilə Qarabağ döyüşləri barədə məşvərət edib

İran səfiri Bakı rəsmilərilə Qarabağ döyüşləri barədə məşvərət edib

İranın Bakıdakı səfiri Azərbaycan Respublikasının baş nazir və xarici işlər nazirinin müavinləri ilə görüşüb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Seyyed Əbbas Mousəvinin Şahin Mustafayev və Xələf Xələfovla görüşündə tərəflər iki ölkənin sərhədlərinə yaxın bölgələr xüsusiyyət təşkil etməklə son Qarabağ olayları və İran İslam Respublikasının prinsipial mövqeləri ətrafında fikir mübadiləsi aparıblar.

Bu görüşü konstruktiv adlandıran İran İslam Respublikasının Bakıdakı səfiri bundan öncə də öz tvitter səhifəsində İranın Azərbaycan Respublikası ilə Ermənistan arasındakı Qarabağ münaqişəsi ilə bağlı mövqeyi haqda yazmışdı. Qeyd etmişdi ki, İranın xarici siyasəti Vaşinqton, London, Pekin, Bakı, İrəvan, Moskva və ya Ankarada təyin edilmir və istiqlal və qüdrətlə Tehranda ölkənin təhlükəsizliyi və milli maraqları barədə qərar çıxarırıq.

O, sonra deyib: Hökumətlərin, rejimlərin və ya «xas dairələr»in psixoloji və media savaşlarının həyata keçirilməli və ya keçirilməməli olan məsələdə heç bir təsiri yoxdur.

Xəbəri paylaş

VİDEOLAR