İran: Separatçı kürd qrupları ilə bağlı rəsmi Bağdada xəbərdarlıq etmişdik

İran: Separatçı kürd qrupları ilə bağlı rəsmi Bağdada xəbərdarlıq etmişdik

“Bağdada terror yuvaları və milli təhlükəsizliyimizə təhdidləri barədə xəbərdarlıq vermişdik.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi nasir Kənani deyib.

Kənani bu gün bildirib ki, Tehran İraqı öz torpaqlarının İranın milli təhlükəsizliyini təhdid edən qərargaha çevrilməyəcəyinə dair zəmanət verməyə çağırıb və iki ölkə arasında ümumi sərhədlərdə terror qruplarının mövcudluğu barədə xəbərdarlıq edib.

Qeyd edək ki, bir neçə gün əvvəl İran İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları bəyan edib ki, “İraqın Kürdüstan bölgəsindəki terrorçu separatçı qrupların hədəfə alınması bu qrupların İranda baş verən son iğtişaşlara müdaxiləsindən və Şimali İraq Kürdüstan Regional Hökumətin tələblərə məhəl qoymamasından sonra baş verib. Məlumata görə Sepah qüvvələri, bu hücumda azı 42 hədəfə 73 ballistik raket və PUA ilə hücum edib.

Xəbəri paylaş

VİDEOLAR