İran Şanxay Əməkdaşlıq Təşkilatının üzvü oldu

İran Şanxay Əməkdaşlıq Təşkilatının üzvü oldu

Rəisi İran İslam Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv kimi qəbul olunduğunu açıqlayıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, İranın hökumət başçısı Tacikistan, Rusiya və Çin rəhbərlərinə üzvlük işində bu ölkəyə köməklik göstərdiklərinə xatir dərin minnətdarlığını bildirib.

 Tacikistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə sammiti çərçivəsində İranın üzvlüyü səsə qoyularaq, bu ölkə təşkilatın 9 əsas üzvündən biri olub.

Qeyd edək ki, İran bundan öncə müşahidəçi qismində təşkilatın iclaslarına qatılırdı.

Bundan öncə xəbər verilmişdi ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin liderləri tərəfindən İranın təşkilata daimi üzvlüyünün qəbul edilməsi, Misir Ərəb Respublikası, Qətər və Səudiyyə Ərəbistanına dialoq ortağı mövqeyinin verilməsi prosesi ilə bağlı qərarın qəbul edəcəyi gözlənilir.

Şanxay Əməkdaşlıq Təşkilatı 1996 -cı ildə Şanxayda Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan və Tacikistan prezidentlərinin iştirakı ilə yaradılıb. 2005 -ci ildə İran, Hindistan və Pakistan təşkilata müşahidəçi olaraq, 2017 -ci ildə isə Hindistan və Pakistan bura daimi üzv olub.

Əfqanıstan, Monqolustan və Belarusiya hazırda təşkilatın müşahidəçi üzv dövlətləridir və Ermənistan, Azərbaycan, Nepal, Kamboca, Türkiyə və Şri-Lanka 2015 -ci ildə təşkilata üzv olmaq üçün müraciət ediblər.

Xəbəri paylaş

VİDEOLAR