“Bundan sonra Rusiya ilə İranın əməkdaşlığının ən mühüm sahəsi sanksiyalardan yayınmaqla bağlı təcrübələri nəql etmək olacaq.”
Mənbə bildirib ki, Ukrayna müharibəsi fonunda Moskvaya tətbiq edilən sanksiyalara görə Rusiya İran hökumətinin təcrübəsindən istifadə edəcək.
Qəzetin məlumatına görə, bundan sonra Rusiyanın İranla əməkdaşlığının mühüm sahəsi sanksiyalardan yayınmaq mövzusunu ehtiva edəcək.
“İran rejimi Kremllə hər ikisinin üzləşdiyi sanksiyalardan və məhdudiyyətlərdən yan keçmək üçün birgə işləmək barədə danışırlar. Əgər ABŞ və müttəfiqləri bu cür əməkdaşlığı məhdudlaşdırmaq istəyirlərsə, İranın buna nail olmasının qarşısını almaq üçün (nüvə proqramı ilə bağlı) sanksiyaların tətbiqi zamanı buraxılmış səhvlərdən qaçmalıdırlar”, deyə qəzet əlavə edib.