İranın Birləşmiş Millətlər Təşkilatındakı Nümayəndəliyi Ukrayna müharibəsində istifadə üçün Rusiyaya ballistik raketlər satması ilə bağlı iddiaları təkzib edib.
Az.rasthaber.com xəbər verir ki, İranın BMT-dəki Nümayəndəliyindən verilən açıqlamada bildirilib:
"Ballistik raketlərin satışı ilə bağlı qanuni məhdudiyyətlər olmasa da, İrandan mənəvi olaraq Rusiya-Ukrayna münaqişəsi zamanı müharibənin alovlanmasının qarşısını almaq üçün silah sövdələşmələrindən qaçmaq tələb olunur. Bu, İranın beynəlxalq hüquqa və BMT Nizamnaməsinə riayət etməsi ilə bağlıdır".
Reuters son hesabatında İranın Rusiyaya çoxlu sayda “yer-yer” ballistik raketləri verdiyini iddia edib.
“Reuters”in xəbəri ilə bağlı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan cümə axşamı Tehranda macar həmkarı ilə birgə mətbuat konfransında deyib: Ukraynada müharibə ilə bağlı İrana qarşı iddiaların təkrarlanması cansıxıcı mərhələyə çatıb.