İran, Rusiya və Çin Latın Amerikasında keçiriləcək hərbi təlimlərdə iştirak edəcək

İran, Rusiya və Çin Latın Amerikasında keçiriləcək hərbi təlimlərdə iştirak edəcək

İran, Rusiya və Çin Amerikaya güc nümayişində Venesuelanın ev sahibliyi ilə keçiriləcək hərbi təlimlərdə iştirak etmək niyyətindədirlər.

Az.rasthaber.com xəbər verir ki, «The Washington Free Beacon» vebsaytının məlumatına görə, İran, Rusiya və Çin "Sərhəd Snayperi"adı altında Latın Amerikasında keçiriləcək hərbi təlimlərdə iştirak etmək niyyətindədirlər.

Bu məlumata əsasən, İran, Rusiya və Çin hərbçiləri avqust ayının əvvəllərində keçirilməli olan həmin hərbi təlim-məşqlərdə iştirak etmək üçün Latın Amerikasına və Karaib dənizinə yola düşmək niyyətindədirlər.

Bu informasiya mənbəyinin yazdığına görə, həmin hərbi təlim-məşqlər Latın Amerikasında Birləşmiş Ştatlara qarşı bir koalisiyanın formalaşmasının ən aşkar nişanələrindən biridir.

Milli təhlükəsizlik üzrə analitik Cozef Homer «The Washington Free Beacon»a deyib: Rusiya və onun müttəfiqləri olan İran və Çin, Venesuelada keçiriləcək bu hərbi təlimlərdə iştirakla, böyük bir güc nümayişi ərəfəsindədirlər. Birləşmiş Ştatların düşmənlərinin Karaib dənizindəki hərbi hərəkətlərinin adiləşməsilə biz Latın Amerikasında təhlükə qarşısındayıq.

Xəbəri paylaş

VİDEOLAR