İran-Rusiya ticarətində dollardan istifadə edilməyəcək

İran-Rusiya ticarətində dollardan istifadə edilməyəcək

İran və Rusiya arasında milli valyuta ilə ticarət sahəsində danışıqların yekunlaşdığı açıqlanıb.

Az.rasthaber.com xəbər verir ki, ötən ilin avqustunda BRİKS blokuna daxil olduğunu açıqlayan İran və Rusiya arasında imzalanan ticarət müqaviləsi ilə dollar deaktiv edilib.

İranın rəsmi agentliyi İRNA-nın İran Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, iki ölkənin mərkəzi bankı prezidentləri arasında Rusiyada keçirilən görüşdə dolların qarşılıqlı ticarətdən çıxarılmasına dair razılaşma imzalanıb.

Bildirilib ki, ABŞ-ın sanksiyaları altında olan İran və Rusiya bankları artıq yerli valyutalarda əməliyyatlar aparmaq üçün SWIFT-dən başqa banklararası sistemlərdən də istifadə edə bilərlər.

İran və Rusiya 2022-ci ilin iyul ayında qarşılıqlı ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə milli valyutalardan istifadə etməyi planlaşdırdıqlarını açıqlayıblar.

Xəbəri paylaş

VİDEOLAR