Rusiya istehsalı olan ilk “Yak-130” döyüş təlim təyyarələri İrana gətirilib.
Az.rasthaber.com xəbər verir ki, bu, Tehranın son bir neçə onillikdə aldığı ilk hərbi təyyarələr olub.
Hələlik yeni təyyarənin İran Hərbi Hava Qüvvələrinə çatdırılması ilə bağlı rəsmi açıqlamalar olmasa da, görüntülər sosial mediada yayılıb. Burada İran Hərbi Hava Qüvvələrinin İsfahandakı 8-ci taktiki aviabazasının yolları ilə hərəkət edən iki “Yak-130” göstərilir.
Təyyarə üç ton silah daşımağa qadirdir.
Qeyd edək ki, İranın yaxın zamanlarda Su-35 qırıcıları alacağı da bildirilir.