İran Rusiya ilə viza rejimini ləğv edə bilər.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali “İzvestiya”ya müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, 1 avqustdan etibarən Rusiya ilə İran arasında turist qrupları üçün vizasız səfərlərə start verilib.
Səfirin sözlərinə görə, Tehran Rusiya vətəndaşları üçün vizanı ləğv etməyə hazırdır, sadəcə olaraq müvafiq qurumların qərarlarını gözləmək lazımdır.
Həmçinin əlavə olunub ki, 1 avqust tarixindən Rusiyaya giriş sənədinin alınması üçün sadələşdirilmiş prosedura başlanılıb.