“Baxmayaraq ki, bizim məqsədimiz və hədəfimiz daimi nüvə razılaşmasına nail olmaqdır, lakin etiraf edilməlidir ki, müvəqqəti razılaşma da parlamentin danışıqlarla bağlı qərarının əleyhinə deyil. Bu da ola bilər.”
Az.rasthaber.com "SalamNews"-ə xəbər verir ki, bunu İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Vəhid Calalzadə deyib.
O bildirib ki, nüvə danışıqlarında qarşı tərəfin addımları və öhdəliklərilə bağlı xatircəmliyin əldə edilməsi üçün müvəqqəti razılaşma da mümkündür.
Nüvə danışqılarında müvəqqəti razılaşma ilə bağlı təkliflərin verildiyini deyən V. Calalzadə qeyd edib ki, hələ bu təkliflərə mənfi və ya müsbət cavab verilməyib.
“Amma bizim prioritetimiz və hədəfimiz daimi sazişi əldə etməkdir”, deyə o bildirib.