İran: Regiondakı Müqavimət Qüvvələri İrandan təlimat almır!

İran: Regiondakı Müqavimət Qüvvələri İrandan təlimat almır!

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuata açıqlamasında mövcud hadisələrlə bağlı qiymətləndirmələr edib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Suriya-İordaniya sərhədində ABŞ qüvvələrinə hücumla bağlı deyib:

“Bölgədəki müqavimət qüvvələri qərar və hərəkətlərində İrandan təlimat almır".

Kənani İrana qarşı əsassız ittihamların təkrarlanmasını ABŞ-ı regionda yeni müharibəyə sürükləmək və böhranı öz maraqları naminə genişləndirmək üçün təhrik etmək istəyənlərin sui-qəsdi kimi qiymətləndirib.

İranın bölgədəki prosesləri diqqətlə izlədiyini bildirən Kənani, bu iddiaları səsləndirənlərin İrana qarşı təxribat xarakterli ittihamlara görə məsuliyyət daşıdığını bildirib.

Kənani bəyanatında Qəzzada baş verən hadisələrə də toxunub və deyib: O, hökumətlərdən və islam xalqlarından sionist rejimin məhsul və enerjisinə embarqo qoyulması da daxil olmaqla, bütün vasitələrindən istifadə etmələrini və bununla da fələstinlilərin köməyinə gəlmələrini gözləyir.

Xatırladaq ki, dünən Ağ Evdən verilən yazılı açıqlamada ABŞ prezidenti Co Bayden İordaniya-Suriya sərhədində yerləşən ABŞ hərbi bazasına pilotsuz təyyarənin birtərəfli hücumu nəticəsində 3 ABŞ əsgərinin öldüyünü açıqlamışdı. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da hücumda 34 nəfərin yaralandığını bildirib.

İordaniya hökuməti ABŞ qüvvələrinə hücumun ölkə ərazisində deyil, Suriya sərhədindəki Tenef bazasında həyata keçirildiyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR