İran QÜDS radarını ilk dəfə olaraq sınaqdan keçirdi

İran QÜDS radarını ilk dəfə olaraq sınaqdan keçirdi

Bu barədə İran ordusunun mətbuat xidmətindən məlumat verilib.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, İran "Vilayət Səmasının Müdafiəçiləri" adlı birgə təlimlər zamanı yerli istehsal olan "Qüds" adlı radarı ilk dəfə olaraq sınaqdan keçirib.

Fazalara bölünən antena şəbəkəli yeni radiolokasiya sistemi (RLS) 500 km-dan artıq radiusda və 90 min futadək (27 432 metrədək) hündürlükdə uçan düşmən təyyarələrini aşkar etmək qabiliyyətindədir.

Taktiki imkanlar, şəxsi proqram təminatı, fərqli metodlardan istifadə edərək radioelektron mübarizə ilə mübarizə aparmaq imkanları, düşmənin aşkar edilməsi sitemi və HHM sistemləri ilə əlaqə imkanları "Qüds" radarının xüsusiyyətləri arasındadır.

Xəbəri paylaş

VİDEOLAR