İran ən yeni yerli ballistik raketini Qüds Günü nümayiş etdirdi

İran ən yeni yerli ballistik raketini Qüds Günü nümayiş etdirdi

İranın ən yeni yerli ballistik raketi 29 apreldə rəsmi şəkildə nümayiş etdirilib.

Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, raket bu gün Fələstinlilərlə Həmrəylik Günündə - Qüds Günündə kütləvi tədbirdə təqdim edilib.

“Xeybər-şekən” (“Xeybəri sındıran”) adlı raket quru yanacaq əsasında işləyir və 1450 km-dək olan hədəfləri vura bilir.

Mütəxəssislərin məlumatlarına əsasən, ballistik raket öz uçuşunu final mərhələsində raket əleyhinə müdafiə sistemlərindən yan keçə bilmək üçün kifayət qədər manevrlilik qabiliyyətinə malikdir, yeni konstruksiya isə, analoqları ilə müqayisədə, onun çəkisini 1/3 qədər azaltmağa imkan verib.

Xəbəri paylaş

VİDEOLAR