İran prezidenti Seyid İbrahim Rəisi Ermənistan və Azərbaycan arasındakı münaqişə barədə danışıb.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, o, bu barədə Səddam başçılığındakı İraq tərəfindən 1980-ci il 22 sentyabrda İrana edilən hücumun ildönümü ilə bağlı tədbirdə çıxış edərkən danışıb.
“Qarabağ, şübhəsiz, Azərbaycan Respublikasına aiddir“, – deyə o qeyd edib.
İran prezidenti regiondakı dinc sakinlərin təhlükəsizlik və hüquqlarının təmin edilməsinin əhəmiyyətini vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri 19 sentyabrda Qarabağdakı erməni separatçılara qarşı lokal xarakteri antiterror tədbirlərinə start verdi. Qısa müddət ərzində qondarma rejim ağ bayraq qaldıraraq təslim oldu. Azərbaycan ordusu əməliyyat zamanı yalnız və yalnız qanuni hədəflərə zərbələr endirib, mülki vətəndaşlar və obyektlərə zərbələr endirilməyib. Rəsmi Bakı Qarabağdakı erməniəsilli şəxslərə təhlükəsizlik zəmanəti verərək onların Azərbaycana reinteqrasiyası prosesinə start verib