İran Fars körfəzi sularında 100 min litrdən çox qaçaqmal yanacaq daşıyan gəminin ələ keçirildiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Hörmüzqan Əyaləti Sərhəd Qoşunlarının komandanı general Bahadır İsmaili mətbuata açıqlamasında bu vilayətin sahillərində qaçaqmalçılıq yolu ilə yanacaq yükləndiyi aşkarlanan gəmidə əməliyyat keçirildiyini bildirib.
General İsmaili, bildirib:
"Əməliyyatda 100 min litrdən çox qaçaq mazut ələ keçirildi. 5 adam nəzarətə alındı.".