İran prezidenti Seyid İbrahim Rəisi və İraq Baş naziri Mustafa əl-Kazımi arasında telefon danışığı baş tutub.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, Rəisi bildirib ki, rəsmi Tehranın prinsipial və qəti mövqeyi İraqın müstəqillik, təhlükəsizlik və xalq hökmranlığının bərqərar edilməsinin dəstəklənməsindən ibarətdir.
O, iki ölkə arasındakı qədimi və sıx əlaqələri vurğulayaraq qeyd edib ki, İran hər zaman İraq xalqı və hökumətini dəstəkləyib.
“İraqdakı vəhdət və inteqrasiya strateji məsələdir və onu təhlükə altına atmaq olmaz”, - deyə Rəisi bildirib.
O əlavə edib ki, İraq xalqının təhlükəsizlik, sabitlik və tərəqqisi region ölkələrinin düşmənlərinin xoşuna gəlmir və onlar bunun əleyhinə planlar cızırlar, “ona görə də hər kəs bu cür planlara qarşı ayıq-sayıqlıq sərgiləməlidir”.