İran prezidenti Türkiyəyə səfər edəcək

İran prezidenti Türkiyəyə səfər edəcək

İranın paytaxtı Tehranda səfərdə olan xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə birgə mətbuat konfransında açıqlamalar verib.

Az.rasthaber.com xəbər verir ki,  Hakan Fidan deyib:

"Biz cənab İbrahim Rəisini 8-ci Yüksək Səviyyəli Əməkdaşlıq Görüşündə ölkəmizdə qonaq etməyi səbirsizliklə gözləyirik. İnşallah Cənab Rəisi Türkiyəyə gəlib prezidentimizlə görüşəcək.".

Digər tərəfdən, İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullahzadə Tələbə Xəbər Agentliyinə (İSNA) verdiyi eksklüziv müsahibəsində deyib:

"İran-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası Ankarada keçiriləcək. Bu görüşün yeddincisi ötən il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Seyid İbrahim Rəisinin sədrliyi ilə Tehranda keçirilib.".

Xəbəri paylaş

VİDEOLAR