İran prezidenti Rusiyaya səfər edib

İran prezidenti Rusiyaya səfər edib

İran Prezidenti İbrahim Rəisi Rusiyanın paytaxtı Moskvaya gedib.

Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

İ.Rəisi səfərdən əvvəl bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə müzakirə olunacaq ən mühüm məsələlərdən biri Yaxın Şərqdəki vəziyyət və Fələstinə yardım olacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iki liderin görüşünün VTB “Russia çağırır” forumundan sonra baş tutacağını açıqlayıb.

Onun sözlərinə görə, danışıqlar dar və geniş formatda aparılacaq. Görüşdən sonra liderlərin jurnalistlərə açıqlama verməsi gözlənilmir.

Xəbəri paylaş

VİDEOLAR