İran Prezidenti İbrahim Rəisi 2021-ci ilin avqustundan bu yana ölkəsinin neft ixracının 40 faiz artdığını bildirib.
Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, İranın Qum şəhərində keçirilən görüşdə videokonfrans vasitəsilə iştirak edən Rəisi çıxışında ölkəsinin neft ixracı ilə bağlı məlumat verib.
Rəisi ABŞ-ın tətbiq etdiyi sanksiyaları təsirsiz hala gətirmək üçün çalışdıqlarını bildirib.
"İranın neft ixracı o həddə çatıb ki, biz bundan artıq narahat deyilik. Bizim hökumət dövründə neft ixracı 40 faiz artıb. Buradan əldə olunan pul da ölkəyə qayıdır", - deyə o qeyd edib.