İran prezidenti İŞİD-i ABŞ layihəsi adlandırdı

İran prezidenti İŞİD-i ABŞ layihəsi adlandırdı

İŞİD terror təşkilatı ABŞ tərəfindən yaradılıb və Ağ Evin növbəti layihələrindən biridir.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran prezidenti Seyid İbrahim Rəisi Suriya XİN başçısı Feysal Miqdadla Tehranda keçirdiyi görüş zamanı bildirib.

Rəisi həmçinin Vaşinqtonun hərəkətlərini də tənqid edib.

Region əhalisi ABŞ və İŞİD-in mövcudiyyətinə görə təhlükəsizlik sahəsində ciddi təhdidlərlə üzləşir. Ölkə sakinləri böyük zərərlər görür”, – deyə İran prezidenti qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR