Bu gün İranın paytaxtı Tehran şəhərində 35-ci Beynəxalq İslam Vəhdəti Konfransı start götürüb.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, tədbirdə fərqli-fərqli müsəlman ölkələrindən olan mütəfəkkirlər və alimlər iştirak edir.
Açılış mərasimində çıxış edən İran prezidenti Seyid İbrahim Rəisi qeyd edib ki, “qlobal təkəbbür gücləri” öz məqsədlərini və İsrail rejiminin maraqlarını həyat keçirmək üçün ixtilaflar salmağa və ekstremizm və terrorçuluğu dəstəkləməyə can atırlar.
Rəisi Fələstin məsələsinin İslam problemləri arasında prioritet olduğunu və bu məsələnin ümumi marağa layiq olduğunu təsdiq edib.
O deyib ki, İran sabitliyə can atır, lakin düşmən sabitliyi pozmağa çalışır. O əlavə edib ki, bunun həlli yolu vəhdətdədir. Buna görə də rəsmi Tehran bütün İslam ölkələrinə və İslam xalqlarının işlərində maraqlı olan hər kəsə dostluq əlini uzadır.
Rəisi İslam ölkələri arasındakı media və mədəni sahələrdəki əməkdaşlığın genişləndirilməsinə də dair çağırış edib.
İran prezidenti düşmənlərin müsəlmanlar arasında ixtilaf salmaq, ekstremist qruplaşmalar yaradaraq onları silahla təmin etmək cəhdləri barədə xəbərdarlıq edib və vurğulayıb ki, düşmənlər əvvəlki kimi İslam ölkələrində, xüsusilə də Suriya və İraqda öz dağıdıcı, sarsıdıcı siyasətini davam etdirməkdədir.
Konfransda İslam dünyası qarşısında duran mühüm problemlər və məsələlər, ümumilikdə bütün dünyanı təhdid edən faktorlar müzakirə ediləcək. Müharibələr, ədalətli dünya, islami qardaşlıq, dini intellektual azadlığa diqqət ayrılacaq, həmçinin terrorçuluqla mübarizə və ekstremizm və təkfirçiliklə mübarizə üzərində fokuslanılacaq.