İran Parlamentinin Sədri: Casusluq halqalarınızı təkmilləşdirə bilməyəcəksiz

İran Parlamentinin Sədri: Casusluq halqalarınızı təkmilləşdirə bilməyəcəksiz

Qalibaf dünən İran Parlamentinin plenar iclasında Atom Enejisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasının anti-İran qətnaməsini tənqid edib.

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf dünən İran Parlamentinin plenar iclasında Atom Enejisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasının anti-İran qətnaməsini tənqid edib. Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, “İran heç vaxt onlara məhdudiyyət olmadan istədiklərini eləmək və düşmən rejimlərin casusluq halqalarını təkmilləşdirmək icazəsi verməyəcək”, – deyə Qalibaf bildirib.

Qalibaf həmçinin İranın öz nüvə anlaşması öhdəliklərini azaltma siyasətinə işarə ilə qeyd edib ki, İran bu addımla yanaşı, öz öhdəlikləri çərçivəsində Atom Enejisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığını davam etdirir.

Atom Enejisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurası iyunun 19-da Rusiya və Çin kimi bəzi ölkələrin müxalifətlərinə rəğmən, İngiltərə, Fransa və Almaniyadan ibarət Avropa üçlüyünün anti-İran qətnaməsinin lehinə səs verib.

Xəbəri paylaş

VİDEOLAR