İran parlamentinin nümayəndə heyəti Fələstin üçün Moskvadadır

İran parlamentinin nümayəndə heyəti Fələstin üçün Moskvadadır

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Vahid Cəlalzadənin başçılıq etdiyi nümayəndə heyəti Qəzzada baş verənləri Rusiya rəsmiləri ilə müzakirə etmək üçün Moskvaya gedib.

Az.rasthaber.com xəbər verir ki, İran İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Vahid Cəlalzadənin başçılıq etdiyi nümayəndə heyəti Qəzzada baş verənləri Rusiya rəsmiləri ilə müzakirə etmək üçün Moskvaya gedib.

Bildirilib ki, İran nümayəndə heyəti Moskvada təmasları çərçivəsində İslami Şuranın sədri Məhəmməd Baqir Qalibafın xüsusi məktubunu Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədrinə çatdıracaq.

Cəlalzadə “X” sosial media hesabındakı paylaşımında sionist rejimin Qəzzada törətdiyi hərbi cinayətlərə işarə edərək, “Əsrin qətliamına çarə tapmaq üçün Moskvaya gedirik” deyib.

Rusiyanın rəsmi dəvəti ilə Moskvaya səfər edən İran xarici işlər nazirinin müavini Əli Baqiri bu yaxınlarda HƏMAS Siyasi Bürosunun üzvü Musa Əbu Merzukun da daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Fələstindəki son hadisələr və sionist İsrailin intensiv hücumlarının davam etdiyi Qəzza zolağındakı vəziyyət müzakirə edilib.

Xəbəri paylaş

VİDEOLAR