İran Parlamenti sanksiyalarla bağlı qərar verib

İran Parlamenti sanksiyalarla bağlı qərar verib

İran İslami Şura Məclisinin (İŞM) nümayəndələri bəyanat qəbul edərək sanksiyaların hamısının ləğv edilməsini tələb ediblər

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslami Şura Məclisi üzvləri ortaq bəyanatda İran İslam Respublikasının qəti siyasətinin nüvə razılaşmanın bütün tərəflərinin öz öhdəçiliklərini yerinə yetirməyə məcbur etmək və sanksiyaların qalması halında onu təsirsizləşdirmək, iqtisadiyyatı gücləndirmək olduğunu vurğulayıblar.

Bəyanatda İslam İnqilabı Rəhbəri başda olmaq üzrə İranın yüksək  səviyyəli səlahiyyətlilərinin bildirdiyi kimi sanksiyaların tamamilə qaldırılması və bunun doğruluğu təsdiqləndikdən sonra hökumətin məclisə bu məzmunda siyasi və texniki hesabat təqdim etməsi lazım olduğu deklare edilərək məclisin təsdiqindən sonra ABŞ-ın razılaşmaya dönə biləcəyi qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR