İran özünün nüvə proqramını gerçəkləşdirməkdə qərarlıdır

İran özünün nüvə proqramını gerçəkləşdirməkdə qərarlıdır

“İran öz nüvə proqramını davam etdirməkdə qərarlıdır və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İrana yardım edəcək”.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu İranın Atom Enerji Təşkilatının sədri Məhəmməd İslami Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O deyib ki, AEBA rəhbəri ilə görüşdə İranın nüvə proqramından yayınması ilə bağlı iddialara cavab verilib.

Rafael Qrossi İranla müştərək iş aparılacağını qeyd edib: “Biz razılaşdıq ki, şəffaflaşma sahəsində müştərək iş aparaq və əməkdaşlığımızı davam etdirək”.

O vurğulayıb ki, bu gün çox sıx və qısa müzakirələr aparılıb, qərara alınıb ki, müzakirələr davam etdirilsin.

Qeyd edək ki, R. Qrossi bu gün İran XİN rəhbəri ilə də görüşəcək.

Xəbəri paylaş

VİDEOLAR