İran İslam Respublikası Ordusunun baş komandanı general-mayor Seyid Əbdürrəhim Musəvi İranın İsfahan şəhərində eşidilən partlayışla bağlı açıqlama verib və deyib: "Hazırlıq vəziyyətimizlə bir çox uçan obyektə atəş açılıb".
Az.rasthaber.com xəbər verir ki, General-mayor Seyid Əbdürrəhim Musəvi sionist rejimin sosial media hesablarında İrana qarşı təhdidləri ilə bağlı deyib: Hər dəlidən bir axmaqlıq gəlir.
İran rəsmisi sionist rejimin təhdidinə İranın reaksiyası ilə bağlı deyib: Siz bundan əvvəl də İranın reaksiyasını görmüsünüz.