İran Ordusu “Zülfiqar-1401” adlı genişmiqyaslı hərbi təlimə başlayıb.
Az.rasthaber.com xəbər verir ki, İran Ordusu dünən axşam saatlarında Hörmüz boğazının şərq hissəsi və Çask bölgəsində “Ya Zəhra (s.ə)” şifrəsi ilə “Zülfiqar-1401” adlı hərtərəfli hərbi təlimə başlayıb.
İran Ordusu Koordinasiyasının müavini kontr-admiral Həbibullah Səyyari dünən mövzu ilə bağlı açıqlamasında bildirib:
"İran Ordusunun bu təlimdə bölgə ölkələrinə verdiyi böyük mesaj, bölgənin mövcud imkanlarını xatırlatmaqdır. Xaricilərə ehtiyac olmadan bölgədə sülhün bərqərar olmasıdır".
Səyyari regionda sabitliyi təmin etmək üçün qeyri-regional ölkələrin, xüsusilə ABŞ və İngiltərənin bölgədən çəkilməli olduğunu vurğulayıb.