İran Ordusu şəbəkə və intellektual müharibələr mərhələsinə daxil olur

İran Ordusu şəbəkə və intellektual müharibələr mərhələsinə daxil olur

İran İslam Respublikası Ordusunun qərb regional qərargahının komandanı bu qərargahın bölmələrinin modern elektron müharibə sistemləri ilə təchiz olunduğunu bildirib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikası Ordusunun qərb regional qərargahının komandanı Briqada generalı Fərhad Aryanfər bu haqda danışıb.

"İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının qərb bölgəsi qərargahının ən mühüm strategiyası, "ləbbeyk layihələri"nin icrasıdır. Bu strategiya uzaq perspektivli strategiya kimi bizim üçün gələcəyin yolunu aydınlaşdırıb və biz bu strategiyaya uyğun olaraq, işləri həyata keçirəcəyik. "Ləbbeyk layihələri"nin icrası müdafiə və döyüş qüdrətinin artması ilə nəticələnəcək.", -deyə iranlı general bildirib.

 Briqada generalı Fərhad Aryanfər  sonra deyib: "Ləbbeyk layihələri"nin icrasına uyğun olaraq, İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının tələbləri də icra olunacaq. Bu məsələ bizim üçün böyük əhəmiyyət kəsb edir və biz şəbəkə və intellektual müharibələr mərhələsinə daxil olmaqdayıq."

General Aryanfər bu qərargahın hərbi təlimlərinin keçirilməsi barədə isə belə deyib: "Qüvvət və zəif nöqtələrin təyin edilməsi və döyüş gücünün dəyərləndirilməsi üçün indiyədək taqım, tabor və briqada səviyyələrində təlim-məşqlər keçirmişik və komandanlıq ierarxiyasının göstəriş verəcəyi təqdirdə, quru qoşunlarının böyük hərbi təlimlərində iştirak üçün lazımi hazırlığa malikik."

İran İslam Respublikası Ordusunun qərb regional qərargahının komandanı ordunun quru qoşunlarındakı struktur dəyişikliklərinə işarə edən İran İslam Respublikası Ordusunun qərb regional qərargahının komandanı Briqada generalı Fərhad Aryanfər "Hərəkət edən zirehli bölmələr, sürətli reaksiya bölmələri və hərəkət edən hücum bölmələrinin yaradılması və quru qoşunlarının struktur dəyişikliyinə uyğun şəkildə quru qoşunları komandanının himayəsi ilə PUA sistemləri və elektron müharibəsi sahəsi xüsusiyyət təşkil etməklə yeni təchizatlar almaq məsələsini izləməkdəyik.", -deyə bildirib.

Xəbəri paylaş

VİDEOLAR