İran prezidenti Həsən Ruhani, bazaar günü (18 aprel) ölkənin ordusu və İslam İnqilabı keşikçilər korpusu son dörd ildə ölkəyə qəbul etdirilən iqtisadi müharibədə də məcburi səkkiz illik müharibə illərində olduğu kimi İranın milli mənfəətlərini müdafiə etdiklərini vurğulayıb
Rastahber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani 18 Aprel Ordu Günü münasibəti ilə çıxış edib.
"İslami İran ordusu millətin yanındadır; necə ki 43 il əvvəl də İran milləti səltənət rejimi və diktatorluğa qarşı qiyamında da millətin yanında oldu. İslami İran ordusu millət dənizinin bir parçasıdır və bu İran ordusunu bölgədəki digər ordulardan fərqləndirən cəhətdir.", -deyə Ruhani qeyd edib.
"Bu gün müqəddəs müdafiə illərinin mirası olan məcburi müharibənin təcrübələrinin davamında, istər ordu, istər İslam İnqilabı keşikçilər korpusu olsun, ölkənin hərbi təşkilatları, hər zamankindən daha professional bir şəkildə vəzifə və məsuliyyətlərini yerinə yetirirlər. Bu gün ölkənin milli təhlükəsizliyi, torpaq bütünlüyünün qorunmasına bağlıdır və torpaq bütünlüyünün qorunması da ancaq milli vəhdət sayəsində reallaşa bilər və milli vəhdət də ancaq demokratiya sayəsində əldə edilə bilər.", -deyə İran prezidenti əlavə edib.