İran Ordusu Mersad 16-nı sınaqdan keçirdi

İran Ordusu Mersad 16-nı sınaqdan keçirdi

İran İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin əməliyyat üzrə rəis müavini İranın mərkəzi səhrasında "Mersad 16" müdafiə sisteminin sınağının uğurlu olduğunu deyib

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumata görə,  "Mersad 16" raket sistemi tamamilə yerlidir və elektron müharibə və eyni zamanda bir neçə düşmən hədəfi ilə mübarizə aparmaq üçün yeni texnologiyalardan faydalanır”-deyə, ikinci dərəcəli briqada generalı Məhəmməd Yusifi Xoşqəlb deyib.

“Mersad 16” raket sistemi ilk dəfə olaraq, vahid müdafiə şəbəkəsinin nəzarəti altına keçib və Həzrət Vəliyyi-Əsr (əc) komandanlıq və idarəetmə mərkəzindən hədəflərin üzə çıxarılaraq, aşkar edilməsi, onlarla qarşıdurma və hədəflərin məhv edilməsi istiqamətində addımlar atılıb”- deyə, İran İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin əməliyyat üzrə rəis müavini vurğulayıb.

Yüksək hərəkətlilik və çevikliyin bu sistemin əsas və özünəməxsus xüsusiyyətlərindən olduğunu bildirən Xoşqəlb "Mersad 16” sisteminin müxtəlif kruz növləri kimi, aşağı yüksəkliklərdə uçan yüksək sürətli hədəflərlə mübarizə aparmaq qabiliyyətinə malik olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR