İran nüvə texnologiyaları sahəsində 9 yeni nailiyyətini təqdim edəcək

İran nüvə texnologiyaları sahəsində 9 yeni nailiyyətini təqdim edəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) İranın nüvə fəaliyyətləri çərçivəsində bir məkanla bağlı sualları cavablandırılıb, digər 3 məkanla bağlı da araşdırmalar aparılır.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu İranın Atom Enerji Təşkilatının sədri Məhəmməd İslami bu gün İranda Milli Nüvə Texnologiyaları günü münasibətilə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, cari ildə İran nüvə texnologiyaları sahəsində 9 yeni nailiyyətini təqdim edəcək: “Yeni nailiyyətlərimizdən 3-ü radiodərman sahəsindədir. Hazırda həmin dərmanların sınağı keçirilir. İki nailiyyətimiz xərçəng xəstəliyinin müalicəsində istifadə olunacaq Plazma sahəsindədir”.

Məhəmməd İslami nüvə elektrik sahəsində cari ildə 10 min meqavat elektrik enerjisi istehsal olunacağını qeyd edib.

Məhəmməd İslami Vyana müzakirələri çərçivəsində İranın 60 faiz zənginləşdirilmiş uranı özündə saxlaması məsələsinə də münasibət bildirib.

“Bəli, 2 kiloqram yarım 60 faiz zənginləşdirilmiş uran ölkədə saxlanılacaq”, - İslami vurğualyıb.

Xəbəri paylaş

VİDEOLAR