İran: Nüvə sazişi illərdir bizim işimizə yaramır

İran: Nüvə sazişi illərdir bizim işimizə yaramır

“Nüvə sazişi illərdir bizim işimizə yaramır və İran xalqının iqtisadi mənafeyini görməzdən gəlir. Bu vəziyyəti davam etdirmək əsas bir sual ortaya qoyur ki, görəsən İran xalqının bundan iqtisadi mənfəəti nədir?!”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

Bu gün mətbuat konfransında nüvə sazişinin bərpası ilə bağlı danışıqların vəziyyətinə toxunan İran rəsmisi qeyd edib ki, nüvə danışqıları üçün həmişə fürsət mövcud olmayacaq.

O qeyd edib ki, İran illərdir nüvə sazişinin iqtisadi mənfəətini görmür.

Mövcud vəziyyətin sual doğruduğunu bildirən Səid Xətibzadə Vyanada aparılan nüvə danışıqları məsələsində ABŞ tərəfindən münasib cavab gözlədiklərini deyib.

S.Xətibzadə həmçinin əlavə edib ki, son zamanlarda dondurulmuş aktivlərin buraxılması və əldə edilməsinin ABŞ-a heç bir aidiyyatı yoxdur.

Qeyd edək ki,İran və ABŞ hazırda Vyanada nüvə sazişinin bərpası ilə bağlı danışqıların nəticə verməməsində bir-birini ittiham edirlər. Əlavə edək ki, ABŞ 2018-ci ildə nüvə sazişindən birtərəfli qaydada çıxıb və İrana sərt sanksiyalara başlayıb.

Xəbəri paylaş

VİDEOLAR