ABŞ Dövlət katibi Entoni Blinken ABŞ sanksiyalarının Cənubi Koreyadakı İran pullarının dondurulması barədə sualına cavab verib
ABŞ Prezident Co Baydenin 2015-ci ildə nüvəsizləşdirmə müqaviləsindən çıxan ABŞ-ın geri qayıda biləcəyini deməsindən sonra Cənubi Koreya keçən ay İrandan aldığı neftin dondurulmuş pullarının qaytarılması ilə bağlı bu ölkə ilə razılıq əldə etdiyini və ABŞ-ın təsdiqini gözlədiyini bildirib.
Rasthaber xəbər verir ki, ABŞ Dövlət katibi Entoni Blinkenə ABŞ sanksiyalarının Cənubi Koreyadakı İran pullarının dondurulması barədə sual verəndə o, "İran nüvə müqaviləsi üzərindəki öhdəliklərinə əməl edərsə, biz də eyni şeyi edərik" deyib.
"Bu mümkündür. İran öz öhdəliklərini yerinə yetirsə, müqaviləyə uyğun olaraq sanksiyalar da yüngülləşdiriləcək. Lakin İran razılığa qayıtmasa heç bir yardım almayacaq" - deyə, Blinken bildirib.