İran nüvə danışıqları üzrə razılıq əldə edilə biləcəyini istisna etmir

İran nüvə danışıqları üzrə razılıq əldə edilə biləcəyini istisna etmir

"Amerika ilə birbaşa danışıqlarımız olmayıb".

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu İranın Vyanadakı nüvə müzakirələrində iştirak edən nümayəndə heyətinin rəhbəri Əli Baqiri ötən gün parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının iclasında deyib.

İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Mahmud Abbaszadənin sözlərinə görə, Ə. Baqiri ötən gün komissiyasının iclasında həmçinin qeyd edib ki, müzakirələr müsbət atmosferdə davam etsə də hələ həll olunmamış çox önəmli məsələlər qalıb. O, həmin məsələlər haqqında danışıqların aparılmasını və həll yolu tapmalı olduqlarını söyləyib.

Baqiri parlament komissiyasının iclasında razılıq əldə edə biləcəklərini deyib: “Ümumi vəziyyət onu göstərir ki, tərəflərin xeyrinə olan yaxşı saziş əldə etmək olar. Amma bunun üçün Qərb ölkələri xoşniyyətli və ciddi iradə ortaya qoymalıdır.

Xəbəri paylaş

VİDEOLAR